Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunmuşdur. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1942 kv.km, 01.01.2020-ci il tarixə əhalisi  177.2 min nəfərdir.

Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.

Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.

Rayon ərazisində 229 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir.

01.01.2020-ci ilə məşğul əhalinin sayı 85,7 min nəfər, o cümlədən onların 47,4 min nəfəri kənd təsərrüfatında, 8,2 min nəfəri təhsil və mədəniyyət müəssisələrində, 10,8 min nəfəri ticarət və içtimai iaşədə 3,2 min nəfəri tikintidə, 2 min nəfəri nəqliyyat və rabitədə, 2,3 min nəfəri səhiyyədə və sosial təminatda, 4,1 min nəfəri idarəetmə orqanlarında, 0,5 min nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 3,3 min nəfəri sənayedə, 3,9 min nəfəri digər sahələrdə çalışır.

Keçidlər