Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şura

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu

İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

İctimai Şuranın 2022-ci il fəaliyyətinə dair Hesabatı

 

E L A N

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  Tovuz Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2021-ci il tarixli, 159 nömrəli Sərəncamı ilə Tovuz  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.

Bununla əlaqədar olaraq 06 yanvar 2022-ci il tarixdən etibarən 20 iş günü müddətində Tovuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 06 fevral 2022-ci il saat 18:00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.

Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və.s) əldə olunması üçün RİH başçısı Aparatının İctimai-siyahi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər.

 

E L A N 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  Tovuz Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2021-ci il tarixli, 159 nömrəli Sərəncamı ilə Tovuz  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır. Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 9 nəfərin namizədliyi qeydə alınmışdır.

13 fevral 2022-ci il tarixdə saat 11:00-da Tovuz Rayon İcra Hakimiyətinin inzibati binasında İctimai Şuraya seçkilər keçiriləcəkdir.

Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün RİH başçısı Aparatının İctimai-siyahi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər.

Tovuz Rayon İcra Hakimiyyəti  yanında İctimai Şuranın üzvlərinin

Siyahısı

S/s Soyadı adı atasının adı Təmsil etdiyi vətəndaş cəmiyyəti, vəzifəsi
1 Əli Əliyev Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid Ailələri İctimai Birliyinin tovuz rayon şöbəsinin müdiri
2 Etibar Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri
3 Mayıl Hümmətov Əfqanıstan Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin müdiri
4 Məzahir Bayramov İctimaiyyət nümayəndəsi
5 Şamil Məmmədov Vətən müharibəsi əlili
6 Ramiz Abbasov Jurnalist
7 Mübariz Yusifov Şəhid atası
Keçidlər