Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Tovuz rayonu ölkənin iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1942 kv.km-dir, əhalisi 01.01.2020-ci il tarixə əhalisi  rəsmi qeydiyyatda 177,2  min nəfərdir.

01.01.2020-ci ilə tarixə rayonda 241 müəssisə və təşkilat fəaliyyət göstərmişdir ki, bunlardan 61,4 faizi xidmət, 17,4 faizi ticarət, 8,7 faizi kənd təsərrüfatı, 4,1 faiz maliyyə, 5,4 faizi sənaye, 3 faizi digər fəaliyyətlərlə məşğuldur.

Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.

01.01.2020-ci ilə məşğul əhalinin sayı 85,7 min nəfər, o cümlədən onların 47,4 min nəfəri kənd təsərrüfatında, 8,2 min nəfəri təhsil və mədəniyyət müəssisələrində, 10,8 min nəfəri ticarət və içtimai iaşədə, 3,2 min nəfəri tikintidə, 2,0 min nəfəri nəqliyyat və rabitədə, 2,3 min nəfəri səhiyyədə və sosial təminatda, 4,1 min nəfəri idarəetmə orqanlarında, 0,5 min nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 3,3 min nəfəri sənayedə, 3,9 min nəfəri digər sahələrdə çalışır.

2019-cu ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 109,4 faiz olmaqla 482246,2 min manat, o cümlədən sənayedə 16880,1 min manat, kənd təsərrüfatında 220049,4 min manat, tikintidə 81371,1 min manat, nəqliyyatda 9906,1 min manat, ticarətdə 152581,1 min manat, rabitədə 1458,4 min manat olmuşdur. Bu dövrdə pərakəndə əmtəə dövriyyəsi 467250 min manat, adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 2637 manat olmuşdur.

Cari ildə 2981 yeni iş yeri açılmışdır, onlardan 42-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 91-i mövcud müəssisələrdə, 1257-si fiziki şəxslərdə, 1591-i digər tədbirlər üzrə açılmış iş yerləridir.

İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı 01.01.2020-ci ilə 16724 nəfər olmuş, onlardan təhsildə 6713 nəfər, dövlət idarə edilməsi və müdafiə, sosial təminat  1238 nəfər, ticarətdə 3679 nəfər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda  806 nəfər, sənayedə 556 nəfər, tikintidə 331 nəfər, nəqliyyatda 116 nəfər, informasiya və rabitədə 115 nəfər, maliyyə və sığorta fəaliyyətində 107 nəfər, turstlərin yerləşdirilməsi və içtimai iaşədə 8 nəfər, əhaliyə səhiyyə və sosial xidmətlərində 2223 nəfər, istirahət və turizm fəaliyyətində 647 nəfər, digər xidmət sahələrində 185 nəfər  çalışır.

2020-ci ilin mart ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səkkizinci dəfə Tovuz rayonuna səfər etmişdir. Cənab Prezident rayonumuza son səfəri zamanı “ASAN Həyat” kompleksinin, Dövlət rəmzləri,  Tarix-Diyarşünaslıq və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeylərinin, “Azərxalça" ASC-nin Tovuz filialının, Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışını etmişdir. 

Keçidlər