Qanunvericilik
Sərəncamlar
Tovuz Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№85 “04” aprel 2018-ci il
Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 N-li Fərmanından irəli gələn vəzifələr haqqında
Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 N-li Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə
QƏRARA ALIRAM
1. Aşağıdakı şəxslər Tovuz rayonu üzrə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər hesab edilsin:
Verdiyeva Svetlana Sabir qızı - Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri
Məmmədov Qoca Fərman oğlu - Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin baş məsləhətçisi
Əsgərova Gülnar Paşa qızı - Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi
2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının RİH aparatının internet səhifəsində yerləşdirilməsi İnformasiya təminatı və təhlili sektoruna (Ceyhun Zeynalov) tapşırılsın.
Tovuz rayon
İcra Hakimiyyətinin başçısı: Tofiq Zeynalov