Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunmuşdur. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1942 kv.km, 01.01.2017-ci il tarixə əhalisi 172.4 min nəfərdir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.
Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.
Rayon ərazisində 229 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir.
01.01.2017-ci ilə məşğul əhalinin sayı 82872 nəfər, o cümlədən onların 53187 nəfəri kənd təsərrüfatında, 7467 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5946 nəfəri ticarət və içtimai iaşədə, 5810 nəfəri tikintidə, 3391 nəfəri nəqliyyat və rabitədə, 2304 nəfəri səhiyyədə və sosial təminatda, 923 nəfəri idarəetmə orqanlarında, 1162 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1593 nəfəri sənayedə, 1089 nəfəri digər sahələrdə çalışır.