Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı rayondakı istixana təsərrüfatlarında olmuşdur

09 yanvar 2021 | 16:00

Rayon iqtisadiyyatının mühüm tərkib hissəsi kimi aqrar sektorun sürətli inkişafının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Son illər həyata keçirilən irimiqyaslı layihələr nəticəsində kənd təsərrüfatının əksər sahələri üzrə yüksək göstəricilər əldə edilmişdir. Qeyri-neft sektorunun sürətli inkişafına nail olan tovuzlu fermerlər keçən il ərzində də bir sıra uğurlara imza atmışlar. İxrac potesialı yüksək olan kənd təsərrüfatı məhsullarının istehsalı sahibkarların maraq dairəsində olmuşdur. Cari mövsümdə cəmi 44,5 hektar sahədə quraşdırımış istixanalarda keyfiyyətli pomidor məhsulu yetişdirilmiş və məhsulun təzə-tər şəkildə xarici bazarlara ixrac olunması nəzərdə tutulmuşdur. Lakin bu yaxınlarda Rusiyaya  pomidor ixracında çətinliklər yaranmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov müvafiq qurumların nümayəndələri ilə birlikdə rayondakı istixanalara baş çəkmiş və sahibkarlarla görüşmüşdür. Görüş zamanı istixanalarda becərilən pomidor məhsulunun tədarükü, qablaşdırılması və satışının təşkili sahəsində mövcud olan vəziyyət müzakirə olunmuşdur. Xarici bazarlara çıxarmaq məqsədilə istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi, becərmə işlərinin düzgün təşkili, aqrotexniki tədbirlərin normativlərə uyğun aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin effektivliyinin yüksəldilməsi barədə sahibkarlara lazımi tövsiyələr verilmişdir. Eyni zamanda məhsulun satışında müşahidə olunan çətinliklərin aradan qaldırılması və dayanıqlı marketinq xidmətinin təşkili barədə təkliflər səslənmişdir. Bu sırada Tovuzda pomidor istehsalçıları və ixracatçıları birliyinin yaradılmasının zəruri olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyildiyi kimi belə xoşagəlməz hallarla üzləşməmək üçün yeni bazarlar axtarılmalıdır. Ona görə də alternativ bazarların tapılması istiqamətində işlər aparılmalıdır. 

Rayon rəhbərini istixanalarda aparılan işlərlə tanış edən sahibkarlar məhsulun ixracında müşahidə olunan çətinliklərə görə ruhdan düşmədiklərini,  bu sahədə vəziyyətin tezliklə düzələcəyinə ümid etdiklərini bildirmişlər.

 

Keçidlər