Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun xatirəsi ehtiramla yad edilmişdir.

20 dekabr 2020 | 01:43

Torpaqlarımızın işğaldan azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda  2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində tarixi Qələbəmizin əldə olunmasında tovuzlu əsgər və zabitlərimiz də yüksək peşəkarlıq, şücaət, qəhrəmanlıq və cəsurluq göstərmişlər. Tovuzlu hərbi qulluqçuların sırasında da  Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlər çoxdur. Belə hərbiçilərdən biri də kiçik gizir Cabbarov Orxan Rövşən oğludur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayış etdirdiyinə görə Orxan Cabbarov Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.

Həmçinin Orxan Cabbarov Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bu günlərdə cəsur döyüşçü Orxan Cabbarovun ölümündən 40 gün keçir. Bu münasibətlə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qəhrəman şəhidin ailəsinə baş çəkmiş, ictimayyət nümayəndələri və ailə üzvləri  ilə birlikdə onun dəfn olunduğu qəbristanlıqda məzarını ziyarət etmişdir. Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun əziz xatirəsi ehtiramla yad olunmuş, dualar oxunmuş və məzarüstü əbidəsi önünə tər gül dəstələri qoyulmuşdur.

Ziyarətçilər Vətən uğrunda canından keçən qəhrəman həmyerlimiz Orxan Cabbarovun, döyüşlərdə göstərdiyi şücaətdən danışmış, onun keçdiyi şərəfli həyat yolunun hər bir tovuzlu gənc üçün örnək olduğunu qeyd etmişlər.

Keçidlər