Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda faşizm üzərində qələbənin 70 illiyi münasibətilə təntənəli mərasim keçirilib

09 may 2015 | 15:00

Faşizm üzərində tarixi Qələbənin 70-ci ildönümü münasibətilə Tovuz şəhərindəki “Qəhrəmanlar parkı”nda təntənəli mərasim keçirilmişdir.
Müharibə və əmək veteranları, rayon ictimaiyyətinin nümayəndələri burada ucaldılmış “1941-1945” abidə kompleksinin önünə tər çiçək dəstələri qoyub, həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib, onlardan yalnız 1067 nəfəri sağ qayıdıb. Müharibədə Tovuzun igid oğlanlarından Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev ən yüksək mükafata - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə tovuzlu orden və medallarla təltif olunub.
Sonra veteranlara yubiley medalları və qiymətli hədiyyələr təqdim olunub.
Sonda müharibə veteranları üçün bayram süfrəsi açılıb və xalq artisti Könül Xasıyevanın iştirakı ilə bayram konserti verilib.

Keçidlər