Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz: şəhidimiz doğulduğu torpağa tapşırıldı

22 sentyabr 2020 | 16:00

Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah şəhidimizə rəhmət eləsin!

H. QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

http://xalqqazeti.com/az/news/56847

Keçidlər