Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngin futbol ənənələri olan Tovuzda idmanın inkişafına dəstək

11 sentyabr 2020 | 16:00

Öz zəngin futbol ənənələri ilə Tovuzdan kənarda da məşhur olan rayonda bu gün də bədən tərbiyyəsi və idmanın inkişafına başlıca diqqət yetirilir. Ölkə rəhbərliyinin vətənpərvər, hərtərəfli inkişaf etmiş sağlam gənc nəsil yetişdirilməsi istiqamətində həyata keçirdiyi dövlət proqramlarının icrası çərçivəsində rayonda da bir sıra konkret işlər görülür.

AFFA-nın təşkilatçılığı ilə kəndlərdə idmanın inkişafına dəstək çərçivəsində Tovuz rayonunda növbəti aksiya keçirilmişdir. Həmin tədbirdə rayonun Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu, Əsrik Cırdaxan, Bayramlı kəndlərindən 50 nəfər idmançı iştirak etmişdir. Tədbirdə çıxış edənlərdən AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Arzu Nağıyev, Sabir Hacıyev, Tamam Cəfərova, rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov Azərbaycanda gənc nəslə göstərilən dövlət qayğısından, Tovuzda idmanın inkişafı sahəsində görülən işlərdən bəhs etmişlər.

Aksiya çərçivəsində gənc idmançılara idman geyimləri və futbol topu hədiyyə edilmişdir.

Keçidlər