Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Könüllülər kuboku” uğrunda atletika yarışı keçirilmişdir

08 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə Tovuz Olimpiya İdman Kompleksində atletika üzrə “Könüllülər kuboku” yarışı keçirilmişdir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yerə Tovuz regional ASAN Xidmət Mərkəzinin könüllülərindən ibarət komandası, 2-ci yerə Bozalqanlı kənd bələdiyyəsinin könüllülərdən ibarət komandası, 3-cü yerə isə Düz Cırdaxan kənd bələdiyyəsinin könüllülərdən ibarət komandası layiq görülmüşlər.

Yarışın qaliblərinə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin diplomları təqdim olunub.

Keçidlər