Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz sakinlərinə tibbi maska paylanılıb

04 sentyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Tovuz rayonunda həyata keçirilən tədbirlər çərçivəsində YAP Tovuz rayon təşkilatı Gənclər Birliyi marifləndirmə tədbirlərini davam etdirir.

Bu gün Tovuz şəhəri ərazisində həyata keçirilən maarifləndirmə aksiyası zamanı əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara 100-dən çox pulsuz tibbi maskalar paylanılmış,  rayon sakinlərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmışdır.

Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər