Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Əyyublu kəndində şəhidlərin xatirəsinə guşə yaradılıb

11 avqust 2020 | 16:00

Tovuz rayonunun Əyyublu kəndindəki abidə kompleksində kənd ictimaiyyətinin təşəbbüsü və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq xüsusi güşə yaradılmışdır. Guşədə bu il iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhidlərimizin foto şəkilləri əks olunmuşdur. Rayon sakinləri fərdi qaydada güşəni ziyarət edərək şəhidlərimizin ruhuna dualar oxuyur, ehtiramlarını bildirir və Vətən uğrunda canlarından keçən və şəhidlik zirvəsinə yüksələn cəsur vətən övladlarına Allahdan rəhmət diləyirlər.

Tovuz döyüşlərində igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir tovuzlu gənc üçün örnəkdir. Yüksək vətənpərvərlik hissləri ilə guşəyə baş çəkən gənclər müsəlləh əsgər kimi hər an vətənin keşiyində hazırdırlar.

Keçidlər