Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun ümumtəhsil məktəblərində imtahanlar keçiriləcəkdir

01 iyul 2020 | 16:00

02 iyul 2020-ci il tarixdə Tovuz rayon ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı, Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili imtahanı və 9 illik təhsil bazasından kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcəkdir.

İmtahanlar Tovuz şəhərində N. Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin və M. Ələkbərov adına, E. Məmmədov adına tam orta məktəblərin, Qovlar şəhər S.Kazımov adına tam orta məktəbin, Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın, Düz Qırıqlı kənd 1 №-li tam orta məktəbin, Əyyublu kənd 1 №-li tam orta məktəbin, Qədirli kənd tam orta məktəbin və Azaflı kənd tam orta məktəbin binalarında keçiriləcəkdir.

Mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarda  ümumilikdə 2092 nəfər şagird iştirak edəcəkdir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahan keçiriləcək bütün təhsil müəssisələrində əvvəlcədən lazımi dezinfeksiya işləri aparılmış, bütün sanitar tədbirləri həyata keçirilmişdir.

Əlavə olaraq imtahan iştirakçılarına müraciət edərək bildiririk ki, imtahan zamanı sosial məsafə gözlənilməli və tibbi maskalardan istifadə tələblərinə əməl olunmalıdır.

Keçidlər