Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə tovuzlular da həvəslə qoşuldular

09 may 2020 | 16:00

Hörmətli Mehriban xanım Əliyeva koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tovuz rayonu da qoşulmuşdur.

Bu məqsədlə Tovuz Diaqnostika və Hemodializ Mərkəzində könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və könüllülər iştirak etmişlər. Aksiya iştirakçıları razılıqla qeyd etmişlər ki, hər zaman humanist, xeyirxah təşəbbüslərin müəllifi olan hörmətli Mehriban xanım Əliyevanın qana ehtiyacı olan insanlar üçün belə bir çağırış etməsi də cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bu günkü aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiya xəstələrinə yardım məqsədi daşıyır.

Tibb işçiləri həmin aksiyanı mütəşəkkil keçirmək üçün həkim hematoloqlar tərfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Donorlar belə humanist aksiyanın keçirilməsindən bir daha razılıqlarını bildirmişlər.

 

Keçidlər