Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir

01 may 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Tovuzda bütün yaşayış məntəqələrinin ərazilərində dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə həyata keçirilir. Görülən işlər çərçivəsində küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binaları və məişət tullantıları konteynerləri  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunur.

Bu gün də Tovuz şəhəri ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilib.

Rayonda sanitar-gigiyenik vəziyyətin tibbi normalara uyğun nəzarətdə saxlanılması ilə əlaqədar görülən profilaktik işlər müntəzəm xarakter daşıyır.

 

Keçidlər