Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda “Birlikdə olaq-qalib gələk!” kampanyasına onlar da qoşuldular

30 aprel 2020 | 16:00

Rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyasına əmək kollektivləri, iş adamları və ziyalılar birləşməkdə davam edir.

Tovuzda əlavə sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəyə kömək göstərmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rayon ərazisində 50 ailəyə, iş adamları Asif İsmayılov, Vaqif Rəhimov Əhmədabad, Avdal və Qoçdərə kəndlərində 70 ailəyə, ziyalı Bəhruz Quliyev Cəlili və Düz Cırdaxan kəndlərində 40 ailəyə, RİH başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin kollektivi Aşağı Quşçu kəndində 20 ailəyə ərzaq yardımı etmişlər.

Rayonda xeyriyəçilik kampaniyası genişlənməkdə davam edir və bu humanist aksiyaya  qoşulanların sayı artmaqdadır.

Keçidlər