Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda “Birlikdə olaq-qalib gələk!” kampanyasına qoşulurlar

20 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq rayon icra hakimiyyətinin başladığı #BirlikdəOlaq-QalibGələk xeyriyyəçilik kampaniyasına iş adamları və ziyalılar da qoşulur.

Rayondakı həssas təbəqəyə maddi və mənəvi kömək göstərmək məqsədilə xeyriyəçilərdən Çingiz Abbasov Aşağı Quşçu və Əlimərdanlı kəndində 16 ailəyə, ziyalı Həmid Bağırov Düz Qırıqlı kəndində 22 ailəyə, iş adamı Mübariz Muradov Əlimərdanlı kəndində 15 ailəyə, sahibkar Çingiz Əsgərov Qovlar şəhərində 20 ailəyə ərzaq yardımı göstərmişlər.

Xeyriyəçilik kampaniyası gündən-günə genişlənir və ona qoşulanların, bu tədbirə dəstək verənlərin sıraları artmaqda davam edir.

Xeyriyyə tədbirləri rayon İcra Hakimiyyəti yanında fasiləsiz fəaliyyət göstərən qərargah tərəfindən koordinasiya olunur.

 

Qərargahın əlaqə telefonları: (+99450) 50 207 16 36

                                                     (+99450) 50 373 35 73

                                                     (+99450) 55 603 33 43

                                                     (022) 315 41 98

                                                     (022) 315 00 04

                                                     (022) 315 33 68.

 

Keçidlər