Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon Nizami adına mədəniyyət evi yenidən qurulur

12 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial sahəyə başlıca diqqət yetirir, gənc nəslin vətənpərvərlik ruhunda və xalqın milli-mənəvi dəyərlərinə sadiq yetişməsi üçün hərtərəfli qayğı göstərirlər.

Bütün tovuzlular Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2020-ci il tarixdə Tovuz rayonuna etdiyi səfərin parlaq təsiri altındadır. Ölkə rəhbəri həmin səfər çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tovuz Tarix-Diyarşunaslıq muzeyi, Dövlət Rəmzləri Muzeyi, “ASAN Həyat” kompleksi kimi əhali üçün müstəsna əhəmiyyətə malik sosial obyektlərin açılışını etmiş, “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olmuş, 16 yaşayış məntəqəsini əhatə etməklə 50 min əhaliyə xidmət edən Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsində şəxsən iştirak etmişdir. Bütün bunlar ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü sosial siyasətin, vətəndaş məmnunluğunun təmin edilməsinə göstərilən böyük dövlət qayğısının ən bariz nümunələrindəndir.

Ölkə rəhbərliyinin müəyyənləşdirdiyi fəaliyyət proqramına və iş istiqamətinə uyğun olaraq Tovuz rayonunda yeni sosial-mədəni obyektlər yaradılması davam etdirilir. Tovuz şəhərində müasir arxitektura və dizayn əsasında inşa edilən Nizami adına rayon mədəniyyət evi əslində böyük bir mədəni kompleksdir. Burada kütləvi və mədəni tədbirlərlə yanaşı, bayram şənlikləri, müxtəlif ictimai marağa səbəb olan və gənclərin milli-mənəvi ruhda tərbiyəsinə xidmət edən rəngarəng tədbirlər də keçiriləcəkdir. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətləri əsasında texniki vasitələrlə təmin olunacaq həmin bu mədəniyyət ocağı istifadəyə verildikdən sonra tovuzluların asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradacaq mühüm sosial müəssisə kimi fəaliyyət göstərəcəkdir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Nizami adına rayon mədəniyyət evinin tikinti sahəsinə gələrək orada aparılan tikinti-quraşdırma işləri ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, ölkə rəhbərliyinin mədəniyyət sahəsinə daimi qayğısı, belə sosial-mədəni obyektlərin yaradılmasına hərtərəfli diqqət göstərməsi onlara yeni ruh vermişdir. Tikinti işləri qrafika uyğun aparılır və çatışmazlıqlar rayonun müvafiq strukturları tərəfindən operativ qaydada həll olunur.

Bildirilmişdir ki, 0,40 hektar torpaq sahəsində tikilən iki mərtəbəli mədəniyyət kompleksinin tikinti sahəsi 2160 kv.m, 220 və 148 yerlik 2 zalı, 47 otağı, ayrıca muğam otağı, uşaqların əyləncə otağı, kitabxanası, qrim otaqları, 2 ədəd səhnəsi, qonaq otağı və digər yardımçı qurğu və otaqlardan ibarətdir. 

M. Məmmədov tikinti işlərinin vaxtında və kefiyyətlə aparılması üçün lazımi tapşırıqlarını vermiş və tövsiyələrini bildirmişdir.

Keçidlər