Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Qovlar şəhərində keçirilmişdir

27 fevral 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın akt zalında keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, aparılan islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı ailələrin rifahının yaxşılaşdığını qeyd etmişdir.

Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Qovlar şəhərində həyata keçirilən abadlıq və quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır. Rayonun bütün  yaşayış məntəqələrinin, o cümlədən Qovlar şəhərinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirildiyini qeyd edərək Qovlar şəhərində yolların çəkilməsi, yeni məktəb binasının tikintisi,  qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su təminatı sahəsində işlərin uğurla davam etdiyini bildirmişdir.

Səyyar qəbulda sakinlərin problemləri İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.

Sakinlər onların müraciətlərinə həsaslıqla yanaşıldığına və həlli istiqamətində operativ tapşırıqlar verildiyinə görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər