Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz məktəbliləri Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirmişlər

26 fevral 2020 | 16:00

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Tovuz Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Xalqımıza qarşı törədilən Xocalı soyqırımı məktəblilərin gözü ilə və onların yanaşmasından doğan həmin kompozisiyada faciənin miqyası dolğun əks etdirilmişdir. Eyni zamanda həmin tədbirin leytmotivini o təşkil etmişdir ki, aparılan məqsədyönlü işlər və həyata keçirilən tədbirlər nəticəsində dünya birliyi Xocalı soyqırımını tanıyacaq, bu cinayəti törədənlər və onların siyasi varisləri tarix qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar. Məktəblillər öz çıxışlarında əmin olduqlarını bildirmişlər ki, cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində, dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusunun köməyi ilə işğal altındakı torpaqlarımız tezliklə azad edilərək, dövlətimizin ərazi bütövlüyü təmin olunacaqdır.

 

 

 

Keçidlər