Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Tık-tık” xanım tamaşası nümayiş olunub

01 yanvar 2020 | 16:00

Yeni ilin ilk günündə Tovuz rayon Mədəniyyət Mərkəzində Xalq teatrının hazırladığı Abdulla Şaiqin eyni adlı nağılı əsasında səhnələşdirilən "Tık-tık" xanım tamaşası nümayiş olunub. 

Tık-tık xanım, çoban, tülkü, siçan bəy, pişik bəy və atlılar kimi obrazların yer aldığı tamaşa uşaqların böyük marağına səbəb olub, rəngarəngliyi ilə yüksək əhval-ruhiyyə yaradıb.

Sonda valideyinlər teatırın aktyorlarına təşəkkür etdilər və xatirə şəkili çəkdirdilər.

Keçidlər