Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin bayram yolkası qurulmuşdur və bayram konserti olacaqdır

28 dekabr 2019 | 16:00

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və Yeni İli  münasibətilə Tovuz şəhərinin mərkəzi meydanı bayramsayağı bəzədilmiş və yeni Yolka quraşdırılmışdır. Bayram yolkasının ətrafına hər gün  çoxlu insanlar toplaşaraq bayramlaşır, gənclər, uşaqlar şaxta baba və qar qızın əhatəsində əylənərək kollektiv şəkil çəkdirirlər.

Əziz tovuzlular və rayonumuzun qonaqları!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı  münasibətilə 30 dekabr 2019-cu il tarixində saat 16:00-da Tovuz şəhəri Heydər Əliyev Meydanında bayram tədbiri keçiriləcəkdir. Konsertdə Respublikanın əməkdar artisti və incəsənət ustaları iştirak edəcəkdir.

Keçidlər