Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

12 dekabr 2019 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanına dekabr ayının 12-də ziyarətçilər axın etmişlər.

Səhər tezdən  rayon ərazisindəki Heydər Əliyevin abidələri və büstləri önünə Rayon İcra Hakimiyyəti tərəfindən qızıl gül çələngləri qoyulmuşdur.

Rayonun idarə və  müəssisə kollektivləri, bütün kəndlərindən gələn əhali və ictimaiyyət nümayəndələri meydana gəlmişlər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri mərkəzi meydanda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək ümummilli liderə ehtiramlarını bildirmişlər.

Sonra dövlət orqanları işçiləri,  rayonun əmək kollektivləri, ictimaiyyət nümayəndələri, qadınlar və  gənclər, müxtəlif yaş qrupuna aid insanlar mütəşəkkil qaydada abidəni ziyarət etmiş, önünə gül və çiçək dəstələri düzərək onun əziz xatirəsini yad etmişlər. Rayon üzrə mütəşəkkil dəstələr şəklində 5000 nəfərdən artıq ziyarətçi anım mərasimində iştirak etmişdir. Gün boyu isə axın-axın və qrup şəklində gələn ziyarətçilər müstəqil Azərbaycan dövlətinin qurucusu böyük Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmiş və anım mərasimi  davam etmişdir.

Keçidlər