Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin hesabat yığıncağı keçirildi

04 dekabr 2019 | 16:00

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı olmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoymuşlar.

Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzində davam edən tədbiri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev açmışdır. Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin, Vətən uğrunda həlak olanların əziz xatirəsi bir dəqqiqəlik sükutla yad etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tovuz rayon şöbəsinin cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair sədr müavini Məhəbbət İbrahimov çıxış etmişdir. Tədbirdə çıxış edən Əfqanıstan Veteranları İctimai Birliyinin rayon filialının sədri Mayıl Hümbətov, Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini B. Rüstəmov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin veteranlara, şəhid ailələrinə və Qarabağ əlillərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Diqqətə çatdırıldı ki, cənab Prezidentin cari ildə imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri hərtərəfli qayğı ilə əhatə olunmuş, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, onlar mənzillərlə təmin olunaraq minik avtomobilləri hədiyyə edilmişdir və bu proqram ardıcıl şəkildə uğurla davam etdirilir. Tovuz rayonunda da şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına hərtərəfli diqqət və qayğı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq  qanuni tələbləri dərhal yerinə yetirilir və həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür. Veteranların sosial problemlərinin həlli, onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində daha yaxından iştirakına müsbət təsir göstərib.

Tədbirdə bir qrup şəxsə Fəxri Fərmanlar verilmişdir.

Keçidlər