Şriftin ölçüsü :

Saytın rəngi :

Qovlar şəhərində səyyar qəbul-görüş keçmişdir

20 noyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Qovlar şəhərində S. Kazımov adına tam orta məktəbin akt zalında keçirilmişdir. Səyyar qəbulda  İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşdə çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri,  icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, möhtərəm cənab Prezidentimizin tapşırığı ilə müntəzəm olaraq yerlərdə səyyar qəbullar-görüşlər keçirilməsində məqsəd  insanların yanında olmaq, onları  maraqlandıran məsələlərin həllinə kömək göstərməkdən ibarətdir.

Sonra rayon rəhbəri Qovlar şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq sakinləri narahat edən istənilən məsələnin səsləndirilməsini təklif  edib.

Şəhər sakinləri Arzuman Əhmədov, İsrafil Hüseynov, Minayə Kazımova, Bəyaz Hüseynova, Qətibə Qədirova, Aynurə Məmmədova, Ceyran Alıyeva, Mehparə İmamverdiyeva, Qasım Hüseynov, Qətibə Qocayeva RİH başçısına müraciət etmiş, öz şəxsi məsələləri, Qovlar şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər və tənqidi qeydlər səsləndirmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmiş, bəzi məsələlərin həlli nəzarətə götürülmüşdür.

Sakinlər onların müraciətlərinə həsaslıqla yanaşıldığına və həlli istiqamətində operativ tapşırıqlar verildiyinə görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər