Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Müasir Tolerantlıq – Azərbaycan nümunəsi” mövzusunda seminar-müşavirə keçirilmişdir

18 noyabr 2019 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon icra hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Heydər Əliyev mənəvi dəyərlərimizin xilaskarı” sənədli filmin nümayişi ilə başlamışdır. Daha sonra seminar-müşavirədə giriş nitqi ilə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qeyd etmişdir ki, bizim hamımız bu günlərdə Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində cənab Prezident İlham Əliyevin etdiyi parlaq nitqin təsiri altındayıq. Dini və milli dözümlülüyün, tolerantlığın Azərbaycan reallığı olduğunu, bunun dövlət siyasətinə çevrildiyini önə çəkən dövlət başçımız dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini  də qeyd etmişdir. 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ərəfəsində keçirilən bu beynəlxalq tədbirdə 5 qitə, 70-dən çox ölkə, 500-ə yaxın nümayəndə bir araya gəlmişdi. Sammitin yekun sənədi, nəticə etibarı ilə Prezident İlham Əliyevin şəxsində Bakı dünyaya sülh və barış mesajları ünvanladı.

Artıq bütün dünyaya da məlumdur ki, Ulu Öndərimizin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq ənənələrini hü¬quqi və siyasi müstəvidə yenidən bərpa edib. Hazırda isə Azərbaycan dünyada tolerant¬lıq nümunəsi ilə qəbul olunur. Ölkəmizdə mövcud olan multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın imicini for¬malaşdırır.

Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan yüksək mədəniyyətə malik tolerant dövlət kimi dünyada ta¬nınır. Tolerantlığın Azərbaycan modeli bütün dünyada mükəmməl nümunə kimi qəbul edilir.

Son 16 ildə ölkəmizin sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli də bir sıra dövlətlərin marağına səbəb olub. Vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsi olub. Çünki bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib.

Hazırda dövlət başçımızın qətiyyətli siyasəti, azərbaycançılıq ideologiyası, əmin-amanlıq, bərabər imkanlar, həmrəylik kimi dəyərlərə sadiq qalması respublikamızı siviliza¬siyaların qarşılıqlı əməkdaşlığını təmin edən unikal bir dövlətə çevirib. Bir daha minnətdarlıqla qeyd olunmalıdır ki, Azərbaycanda tolerantlığa və multikulturalizmə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası sayəsində nail olunmuşdur.

Xalqımız əmindir ki, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları siyasət nəticəsində Azərbaycandakı tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək və ölkəmizin daha da qüdrətlənməsinə özünün layiqli töhfəsini verəcək.

Rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, ziyalıların, bələdiyyə sədrləri, yerli icra hakimiyyəti orqanları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman İbayev çıxış etmişlər.

Tədbir canlı dialoq şəkilində və günün mövzusu ətrafında müzakirələr şəkilində davam etmişdir.

Keçidlər