Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev Tovuzda vətəndaşları qəbul edib

18 oktyabr 2019 | 16:00

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev bu gün Tovuz rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad ediblər.

Daha sonra Tovuz rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Tovuz rayonundan olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər