1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Tovuzda da qeyd olunmuşdur. Peşə bayramı günü Tovuz rayon prokurorluğunun kollektivi Tovuz şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və xatirəsini ehtiramla yad etmişlər.