Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda tibb işçilərinin peşə bayramı qeyd olunmuşdur

17 iyun 2019 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-də tibb işçilərinin peşə bayramı qeyd olunur.
Peşə bayramı münasibətilə Tovuz rayonunda çalışan tibb işçiləri şəhərin mərkəzi medanına toplaşmışlar. Onlar Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tibb işçiləri Heydər Əliyev Mərkəzində olmuş, Ümummilli liderin zəngin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə tanış olmuş, stendləri seyr etmişlər. Onlara dahi rəhbərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə geniş məlumat verilmişdir. Tədbir iştirakçıları Azərbaycan səhiyyəsinə göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. 
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov rayonun tibb işçilərini peşə bayramı münasibətilə təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirmişlər.

Keçidlər