Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqlarin Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Tovuzda bayram şənliyi keçirilmişdir

01 iyun 2019 | 16:00

1 İyun - Uşaqlarin Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bayram şənliyi keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısının müavini Təranə Bayramova çıxış edərək bildirdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların  beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğını isə bağçaların, məktəb binalarının sayının ildən-ilə artmasından, uşaqların savadlı olmaları üçün təhsil sahəsinin daim diqqət mərkəzində saxlanılmasından aydın şəkildə görmək olar. Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycanda uşaqlara qayğı və dəstək hər zaman olduğu kimi bu gündə davam olunur.
Sonra bayram şənliyi rayon uşaq bağçalarının hazırladıqları rəqslər və səhnəciklərlə davam etmişdir.

 

Keçidlər