Şriftin ölçüsü :

Saytın rəngi :

Yanıqlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

29 may 2019 | 16:00

   Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Yanıqlı  kənd sakinlərinin iştirakı ilə keçirildi. Bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır.

   İH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.
   Rayon rəhbəri Tovuz rayonunda, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını qeyd etmişdir.
  Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Novruzova Mahirə,Nağıyeva Mahidə, Ələsgərov Mehman, Rüstəmova Qaratel, Qasımov Natiq, Qarayeva Ziyyət, Məmmədova Kifayət, İbrahimov Fəxrəddin, Qurbanov Nürəddin müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər.
  Onlar   kənddə aptekin açılması, bankomatın quruşdırılması, sosial yardımla təyin olunması, təbii qaz xəttinin çəkilməsi, körpünün təmiri,  içməli su məsələsi, elektrik xəttinin təmir olunması və işlə təmin olunması ilə bağlı müraciətlər etmişlər. 

  Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

 

 

Keçidlər