Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Naiq Yusifovun valideyinləri ilə görüş keçirilmişdir

22 mart 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov Novruz bayramı münasibətilə  Ağdam kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Naiq Yusifovun valideyinlərinə baş çəkmişdir.
Cənab M. Məmmədov Milli Qəhrəmanın valideyinlərinin maddi vəziyyəti, sağlamlıq durumu və məişət şəraiti ilə maraqlanmış, ailəni Novruz bayramı münasibətilə təbrik etmişdir.
Çay süfrəsi arxasında davam edən söhbət zamanı Milli Qəhrəmanın atası Nəsir Yusifov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Qəhrəmanların ailələrinə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına göstəridiyi diqqət və qayğıdan razılıqla danışmış. Novruz bayramı günündə ailəsinin yad olunmasından məmnun olduğunu bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı M. Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən və sağlamlığını itirən şəxslərin ailələrinə göstərilən dövlət qayğısından geniş söhbət açmış, bu siyasətin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

Keçidlər