Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Futbol Akademiyası yaradılır

06 mart 2019 | 16:00

Bunu AFFA-nın hesabat yığıncağı ilə əlaqədar təşkil olunan 4 mart 2019-cu il tarixdə keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib: “Akademiyanın yaradılması ilə bağlı qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. İnfrastrukturun UEFA və FIFA tərəfindən həyata keçirilən proqramlar çərçivəsində yaradılmasını düşünürük. Akademiyanın layihəsini may ayınadək hazır edəcəyik. Akademiya “Turan Tovuz” komandasının nəzdində fəaliyyət göstərəcək”.
Əlamətdar hadisə münasibətilə rayon ictimaiyyətini, Tovuz futbolçularını, idmansevərləri və azarkeşləri təbrik edirik.

Keçidlər