Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda əhalinin tibbi müayinəsinə start verildi

12 fevral 2019 | 16:00

Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 11-dən may ayının 1-dək keçiriləcək əhalinin tibbi müayinəsi aksiyası baş tutacaqdır.
Tovuz rayon İcra Hakimiyyəti başçısı cənab Məmməd Məmmədovun  8 fevral 2019-cu il tarixli  “Rayon əhalisinin tibbi müayinədən keçirilməsinin təmin olunması haqqında” Sərəncamı ilə komissiya yaradılıbdır. Müayinənin ilk günündən başlayaraq Tovuz  rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir. Artıq bu gün yüzlərlə rayon sakinləri tibbi müayinədən keçirilmişdir.
İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Keçidlər