Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində Şəhriyar küçəsinin yenidən qurulmasına başlanmışdır

17 yanvar 2019 | 16:00

Tovuz rayonunda aparılan tikinti-quruculuq və abadlıq işləri davamlı xarakter almışdır. Bu sırada Tovuz şəhərinin küçələrində aparılan quruculuq işləri diqqətə layiqdir. Son aylarda şəhərin Heydər Əliyev prospektində,  Aşıq Mirzə Bayramov, Zərifə Əliyeva, Eldəniz Quliyev, Mahmud Məmmədov və başqa küçələrində asfalt beton örtük qoyulmuş, səkilər yenilənmiş, bardurlar qoyulmuş və dekorativ daşlar düzülmüşdür. İnzibati binaların və yaşayış evlərinin fasadlarında, giriş qapılarında təmir-bərpa işləri aparılmışdır. Şəhərin bir sıra küçələrində müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Bu günlərdə Şəhriyar küçəsində müasir dizayn əsasında abadlıq işlərinə başlanmışdır. Şəhriyar küçəsində səkilərin yenilənməsi, yeni bardurların düzülməsi, küçə divarlarının təmiri və işıqlanma sisteminin qaydaya salınması işləri davam edir.

Keçidlər