Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Qanlı 20 Yanvar – müstəqilliyə gedən yol” mövzusunda anım tədbirləri keçirilib

15 yanvar 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən respublikamızda keçirilən silsilə anım tədbirləri Tovuzda da davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun müvafiq Sərəncamına əsasən Tovuz rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü silsilə anım tədbirləri ilə qeyd olunur.
Tədbirlər planına uyğun olaraq bu gün Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar – müstəqilliyə gedən yol” mövzusunda keçirilən anım tədbiri keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və Qanlı Yanvar hadisələri zamanı həlak olanların xatirəsi ehtiramla yad edilmişdir.
Sonra çıxış edənlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz işlərdən söhbət açılıb. Məhz ulu öndərin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdiyini, dahi şəxsiyyətin özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq böyük cəsarət göstərdiyini və 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini tələb etdiyini bildiriblər. Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldığını, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər.
Bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim dövlət qayğısı göstərildiyini diqqətə çatdırıblar.
Sonda iştirakçılar 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmi seyr ediblər.

Keçidlər