Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yeni il günləri uşaqlara bayram hədiyələri paylanıldı

02 yanvar 2019 | 16:00

01-02 yanvar 2019-cu il tarixlərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların bir qrupuna bayram hədiyyələri paylanıldı.
Rayon mərkəzində quraşdırılmış yolkanın ətrafına dəvət olunan uşaqların ifasında müxtəlif səhnəciklər nümayiş etdirildi və şerlər səsləndirildi. Tovuz rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri bayram tədbirində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə rayon rəhbərliyinin ən xoş arzularını çatdırıb və bayram hədiyyələri təqdim ediblər.

Keçidlər