Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 kəndin içməli su ilə təminatı yaxşılaşdırılıb

20 dekabr 2018 | 16:00

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırlmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Tovuz rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.
Bu münasibətlə rayonun Xatınlı kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək qeyd edib ki, bu gün Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli və Cilovdarlı kəndlərinin həyatında çox əlamətdar bir gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Tovuz rayonunda da geniş tikinti-quruculuq və abadlıq işləri aparılır, infrastruktur inkişaf etdirilir, rayonumuzun sosial-iqtisadi problemləri sürətlə həll edilir.
Azərbaycanın hər yerində, eləcə də Tovuz rayonunda yaşayan əhali Ulu öndər Heydər Əliyevin siyasətinin bəhrələrini görür. Bu gün burada içməli su xəttinin açılışı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Tovuz rayonunun 5 kəndinin dövlət vəsaiti hesabına içməli su təminatının yaxşılaşdırılması layihəsi “Azərsu” ASC-nin sifarişi ilə  müasir qaydada, texniki normalara uyğun olaraq  icra olunmuşdur. Beş kəndi içməli su ilə təmin edəcək 2 ədəd subartezian quyusu qazılmış, su anbarı inşa olunmuş, 181 bulaq quraşdırılmışdır. Layihə sözügedən əraziləri tam əhatə edir və 12 min nəfərdən çox əhali bundan faydalanacaqdır.
Ölkədə içməli su təchizatı məsələləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial yönümlü siyasətin tərkib hissələrindən biridir. Biz rayonumuzun bütün yaşayış məntəqələrinin içməli su ilə təmin olunması üçün tədbirlərimizi davam etdiririk və bunlar mərhələli qaydada öz həllini tapacaqdır.
Su saflıqdır, təmizlikdir, rahatlıqdır deyən rayon rəhbəri sakinləri bu əlamətdar gün və qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi və xoş arzularını bildirdi.
  “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov mərasimdə çıxış edərək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırlması sahəsində həyat keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi və Xatınlı kənd sakinlərinin timsalında rayonun içməli su ilə təmin olunan bütün kəndlərinin sakinlərini təbrik etdi.
Tədbirdə çıxış edən kənd sakinləri İsmayıl Qələndərov və Gülnar Nəcəfova içməli su layihəsinin icrasının uğurla başa çatdığını, kənd sakinlərinin həyatına sanballı töhfə verdiyini, ailələrə sevinc bəxş etdiyini qeyd edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. 
Yekunda rayonun 5 yaşayış məntəqəsinə içməli suyun verilməsini bildirən rəmzi bulağın açılışı oldu.

 

 

 

Keçidlər