Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir

18 dekabr 2018 | 16:00

Azərbaycanın gələcəyi olan yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə, onların zərərli vərdişlərdən, dini xurafat və radikalizm meyillərindən uzaq tutulması  sahəsində rayonda kompleks tədbirlər həyata keçirilir.
Daha çox  təbliğat və maarifləndirmə funksiyası  daşıyan həmin  tədbirlərin keçirilməsi  davamlı xarakter almışdır. Rayonun ümumtəhsil məktəblərində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon polis şöbəsi və onun müvafiq strukturları yeniyetmələr və şagirdlər arasında erkən nikah hallarının qarşısının alınması,  antinarkotik təbliğatın gücləndirilməsi, dini radikalizmə qarşı mübarizə ilə bağlı görüşlər keçirilməsinə başlanmışdır. Mütəxəssislərin, aidiyyəti dövlət qurumları nümayəndələrinin də iştirak etdiyi növbəti belə bir tədbir 18 dekabr 2018-ci il tarixdə Tovuz rayon Peşə liseyində olmuşdur. Tədbirdə  Tovuz RPŞ-nin rəisi polis polkovniki  Şirzad Əsgərov, RİH aparatının hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva çıxış etmişlər. Disskusiya və müzakirələr şəklində keçən görüş gənclərdə dərin iz buraxmışdır.

Keçidlər