Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub

07 dekabr 2021 | 01:00

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları Tovuz rayonunda vətəndaşlara səyyar xidmətə başlayıb.

Növbəti aqrar səyyar xidmət bu gün rayonun Aşağı Öysüzlü, Azaflı, Əsrik Cırdaxan, Yuxarı Öysüzlü kəndlərində, 07.12.2021-ci il tarixdə Alakol, Dönük Qırıqlı, Düz Qırıqlı, Əyyublu kəndlərində, 08.12.2021-ci il tarixdə Qovlar şəhəri, Aşağı Quşçu, İbrahimhacılı, Dondar Quşçu kəndlərində, 09.12.2021-ci il tarixdə Abulbəyli, Düz Cırdaxan, Yanıqlı, Hunanlar kəndlərində, 10.12.2021-ci il tarixdə isə Əlimərdanlı, Xatınlı, Qaraxanlı və Qədirli kəndlərində təşkil ediləcəkdir.

Xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edə bilərlər. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Keçidlər