Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Əsgərov Kamran Bayram oğlunun doğum günüdür

02 dekabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, hərbiçilər şəhid Əsgərov Kamran Bayram oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

Kamran Bayram oğlu Əsgərov 2 dekabr 1993-cü ildə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü olaraq iştirak edib. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Əsgərov Kamran Bayram oğlu “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər