Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rüstəmov Amil Bədrəddin oğlunun doğum günüdür

19 oktyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər şəhid Rüstəmov Amil Bədrəddin oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar. Şəhidlərimizin ruhuna dualar oxunub.

Amil Rüstəmov Tovuz şəhərində anadan olub. 2001-2012-ci illərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Amil Rüstəmov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Rüstəmov Amil Bədrəddin oğlu "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medaları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər