Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əkbərov Vüqar Seyid oğlunun doğum günüdür

13 sentyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının əməkdaşları, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri şəhid Əkbərov Vüqar Seyid oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq  ruhuna dualar oxuyublar.

Vüqar Əkbərov 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1997-2008-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüqar Əkbərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə baş çavuş Əkbərov Vüqar Seyid oğlu "Vətən uğrunda", "Cəbrayılının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər