Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Nəbiyev Cilingir Azad oğlunun doğum günüdür

02 sentyabr 2021 | 10:18

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları şəhid Nəbiyev Cilingir Azad oğlunun doğum günündə ailəsini ziyarət ediblər.

Cilingir Nəbiyev 1996-cı il sentyabrın 1-də Tovuz rayonunun Şıxheybət kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi" üzrə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Cilingir Nəbiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, həmçinin döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiynə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər