Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhidimiz Əmrahov Vüqar Mübariz oğlunun doğum günüdür

17 avqust 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının məsul əməkdaşları şəhid Əmrahov Vüqar Mübariz oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Əmrahov Vüqar Mübariz oğlu 1994-cü il avqust ayının 17-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2000–2011-ci illərdə F. Qasımov adına Xatınlı kənd tam orta məktəbində təhsil alıb.

Vüqar Əmrahov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüqar Əmrahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər