Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

10 avqust 2021 | 01:27

Tovuz rayonunun Düz Cırdaxan kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Əsgərov Kamran Bayram oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, şəhidin hərbiçi yoldaşları, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Kamran Əsgərovun şərəfli həyat yolundan bəhs edib. O, qeyd edib ki, şərəfli döyüş yolu keçən Kamran və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.

Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb. Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Əsgərov Kamran Bayram oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Tədbir iştirakçıları tərəfindən Şəhidimizin ruhuna dualar oxundu, əziz xatirəsi anıldı.

Keçidlər