Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidlərin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə açıq rayon turniri keçirilib

02 avqust 2021 | 16:00

1 avqust 2021-ci il tarixdə Tovuz Olimpiya İdman Kompileksində Tovuz rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Tovuz Şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmələr və kiçik yaşlı idmançılar arasında açıq rayon turnirinə start verilib.

Turnirde rayon idmançıları ilə birgə respublikamızın digər şəhər və rayonlarından 200 nəfərdən çox idmançı iştirak edib.

Turnirin açılış mərasimində Tovuz rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov idmançıları salamlamış, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İdmançılara daima Şəhidlərimizi yad etmək, şəhid ailələrinə dəstək olmaq və vətənpərvər ruhda tərbiyyə olunmaq tövsiyə olunub. Qazilərimizə Allahdan şəfa dilənib.

Sonda qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Keçidlər