Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Günü” ərəfəsində Vətən müharibəsi iştirakçılarının şagirdlərlə növbəti görüşləri keçirilib  

07 noyabr 2023 | 12:52

Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ərəfəsində Tovuzun təhsil müəssisələrində məktəblilərin Vətən Müharibəsi iştirakçıları və qaziləri ilə görüşləri davam edib.

Növbəti görüşlər Tovuz şəhər Elxan Məmmədov adına tam orta məktəb  və Tovuz şəhər Adil Qasımov adına tam orta tam orta məktəbdə baş tutub.

Məktəbin şagirdləri ilə görüşdə Vətən Müharibəsi iştirakçıları, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərmanzadə Azər Aydın oğlu və Qurbanov Amin Rövşən oğlu, qazi Bayramov Anar Elmar oğlu iştirak etmişlər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüş zamanı  məktəb direktorları Nizami Qasımov və İlhamə Zeynalova çıxış edərək Vətən Müharibəsi iştirakçılarını məktəblilərə təqdim etmiş, böyük Qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının və ərazi bütövlüyümüzün təmin olunmasının əhəmiyyətini vurğulamışlar. Onlar qeyd etmişlər ki, qazanılan böyük Qələbə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Şanlı Ordumuzun şücaəti hesabına əldə olunub və biz hər birimiz bu böyük Zəfərə görə, şəhid və qazilərimizə borcluyuq.

Sonra qazilərimiz məktəbliləri və müəllimləri maraqlandıran sualları cavablandırmış, keçdikləri çətin və şərəfli döyüş yolu ilə bağlı söhbət aparmışlar.

 

Keçidlər