Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir
Tovuzda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, partiya veteranları və fəalları iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etdilər.
Tədbir dövlət himni ilə açıq elan olundu, sonra isə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra isə Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək partiya üzvlərini salamlayıb, yubiley münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. O çıxışında 30 il əvvəl baş vermiş hadisəni çox böyük ehtiram və minnətdarlıqla yad edərək Yeni Azərbaycan Partiyasının qısa müddətdə təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərinin yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə xalqın Yeni Azərbaycan Partiyasına dəstəyinin bariz ifadəsi olduğunu bildirmişdir. Bundan əlavə olaraq Ulu Öndər Heydər Əliyevin 90-cı illərin əvvəlindən başlatmış olduğu Azərbaycanın xaosdan inkişafa gedən yolundan bəhs etmiş və Cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirmişdir.
Sonra isə partiya veteranı Valeh Rzayev çıxışında Yeni Azərbaycan Partiyasının inkişafında Tovuz sakinlərinin də böyük rolu olduğunu bildirmişdir.Tarixi hadisələri yada salan partiya veteranı gələcəyin inkişafında gənclərin rolundan danışdı və onlara etimad göstərilməli olduğunu diqqətə çatdırdı. O partiyanın çox çətin şəraitdə yaranmasından, onun ciddi sınaqlardan çıxmasından danışmış, gənclərin Ulu Öndərdən bizə miras qalmış əmanətlərə sədaqətlə xidmət göstərmələri barədə tövsiyyələrini bildirmişdir.
Qazax Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü çıxış edərək partiyamızın tarixi və onun keçdiyi şərəfli yol barədə danışımış, qeyd etmişdir ki, Xalqın Ümummilli liderə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsindən danışdı.Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin təhsil sahəsinə ayrılan diqqətdən bəhs edərək və bunun nəticəsi kimi çoxminli Tovuz rayon təşkilatının üzüvlərinin sayında üstünlük təhsil sektorundan olduğunu vurğuladı.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov partiya veteranlarını və fəallarını təbrik etdi və gələcək işlərində uğurlar arzuladı. Daha sonra isə Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi.Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi.Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır.Partiyamız ölkənin bu günki sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan tovuzlular bunnan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər.
Sonda tədbirdə bir qrup partiya veteranlarına və fəallarına fəxri fərmanlar verilmiş, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.